+99470 200 53 11

2D Motion dizayn

2D Motion Dizayn video & film istehsalı ilə qrafik dizaynın kəsişməsindən yaranan və onların prinsiplərinə əsaslanan, qrafik dünyanın innovativ bir sahəsidir.

Motion Dizayner  yaradıcılıq və dizayn qabiliyyətlərindən istifadə edərək  televiziya proqramı, film, kommersiya və ya digər media təqdimatı zamanı ekranda animasiyalı sözlər, loqotiplər, mətnlər və s. yaradır.

Bu sahənin bir sənət forması kimi populyarlığı, son on ildə kinematoqrafiya sənayesində istifadə olunan  kompüter proqramlarındakı geniş inkişafla və film, video oyun sahələrində vizual effektlərə və animasiyaya artan tələblə əlaqədardır. Motion Dizaynerlerin ən çox işlədikləri aparıcı proqram isə Adobe After Effects'dir. 

Günümüzdə istehlakçılar daha realistik video oyunlar və TV sənayesində isə  daha modern effektləri tələb edirlər. Bundan əlavə, kompüter avadanlığı inkişaf  etdikcə daha mükəmməl qrafikaya və vizualə sahib məhsullara maraq artır ki, bu da video oyun studiyalarında dizaynerlərə olan tələbin daha da yüksəlməsinə səbəb olur!

Akademiyamızda 2D Motion Dizayn bu sahədə ən geniş yayılmış proqram - Adobe After Effects'in nəzdində tədris olunur! 

Sən də xəyallarını kibernetik dünyada hərəkətə gətirmək istəyirsən? O zaman, Baku Design Academy səni gözləyir!