+99470 200 53 11

Tanış olaq?

Baku Design Academy- Bakının mərkəzində yerləşən, müasir və dəbli dizayn Akademiyasıdır. Hədəfimiz Azərbaycanda fərqlənən, qabaqcıl, öz işləri ilə bütün dünyanı heyrətləndirən qrafik dizaynerlər yetişdirməkdir. Bu məqsədimizə çatmaq üçün, uzunmüddətli təcrübəyə malik ekspert müəllimlərlə, həm yerli, həm də xarici şirkətlərlə əməkdaşlıq edirik!

 “Baku Design Academy” artıq, həm də, Gəncədədir!

Peşəkar interyer və ya qrafik dizayner olmaq istəyənlər, ekspertlərin çoxillik təcrübəsindən öyrənmək istəyənlər və “Mən bacaracam!” deyənlər – Gəncənin ilk, innovativ dizayn tədris mərkəzində təhsil almaq fürsətini qaçırmayın! 
 

Bizim üstünlüklərimiz – Sizin üstünlüklərinizdir! Onlarla tanış olun:

Avropada Təcrübə proqramı – AIESEC təşkilatı ilə əməkdaşlığımız sayəsində, ingilis dilindən ən azı orta biliklərə sahib olan istənilən tələbəmiz seçdiyi dizayn sahəsi üzrə Avropada təcrübə keçmək imkanı qazanır!

 
Yerli şirkətlərdə təcrübə imkanı – Baku Design Academy xarici şirkətlərlə yanaşı bir çox yerli şirkətlərlə də əməkdaşlıq edir. Bizim tələbəmizsinizsə, tədrisi bitirən kimi təcrübəyə, hətta işə başlamaq şansınız yüksəkdir!
 
24/7 interkativ əlaqə – Burada tədris binadan çıxdığınız anda bitmir – hər zaman davam edir! Belə ki, tələbələrimizin çoxsaylı sosial media qruplarımıza giriş imkanı mövcuddur və istənilən vaxt tədris prosesində yaranan istənilən sualınızı qruplarımıza yazıb, həm digər tələbələrimiz, həm də ekspert müəllimlərimiz tərəfindən yardım ala bilərsiniz – cavablandırılmamış sualınız qalmayacaq!
 
Faydalı resurslar – Dizaynla bağlı ən son yeniliklər, faydalı resurslar və daha çoxu sizi gözləyir! Həm dərslərimizdə, həm də onlayn interaktiv qruplarımızda, siz bir çox dəyərli və faydalı materiallara çıxış əldə edəcəksiniz!
 
Ekspertlərin çoxillik təcrübəsi – “Baku Dizayn Academy” də müəllim və heyyət seçiminə çox ciddi və diqqətli yanaşılır. Hər bir ekspert müəllimimiz uzunmüddətli yoxlanış və sınaq proseslərindən keçdikdən sonra, seçilir. Burada yüksək səviyyəli tədris təcrübəsi əldə edəcəyinizdən tam əmin ola bilərsiniz.
 
Arzuladığınız portfolio – Tədrisin sonunda mütləq şəkildə hər bir tələbəmiz portfoliosunun inkişafına xüsusi diqqət və vaxt ayrılır.
 
Beynəlxalq və yerli sertifikat – Kursu müvəffəqiyyətlə bitirmiş tələbələrimiz kursun sonunda bilik və bacarıqlarını təsdiqləyən sertifikata sahib olurlar. Əgər tədris müddətində fərqli və kreativ yanaşmanız ilə fərqlənsəniz fərqlənmə sertifikatına sahib olacaqsınız! O cümlədən, topladığınız biliklər sahəsində, imtahan verib, beynəlxalq Adobe sertifikatı almaq şansınız kifayət qədər yüksəkdir.
 
Möhtəşəm buraxılış tədbiri – Tədris müddətinin ən duyğulu anlarından biri – buraxılış tədbiri zamanıdır. Çünki, burada siz təkcə biliklər deyil, dostlar, hətta, əməkdaşlar da qazanacaqsınız. Buraxılış tədbirimizdə ekspert müəllimlər sizlərə bir daha heç yerdə eşitməyəcəyiniz təcrübələri haqqında danışıb, gələcək karyeranız üçün dəyərli məsləhətlər verirlər. O cümlədən, kurs zamanı fərqlənən tələbələrimizi fərqlənmə sertifikatları və bir tələbəmizi ən istisna bacarıqlarına görə sürpriz hədiyyə gözləyir!