Tanış
olun “Baku Design Academy”nin ən təcrübəli, tələbələri tərəfindən dərsləri hər
zaman səbirsizliklə gözlənilən qrafik və veb dizayn mentoru – Şövkət Balayev!
Həm animasiya
dizaynı, həm video montaj, həm də qrafik dizayn sahəsində kifayət qədər təcrübəyə
və istisna bacarıqlara malik olsa da, əsas fəaliyyət istiqamətləri qrafik
dizayn və veb dizayndır.
O,
MyMark Agency, Fil Agency, Social Hub kimi yerli, uğurlu şirkətlərdə fəalliyət
göstərib. Eyni zamanda Kapital Bank, Gənclərə Yardım Fondu və Mediamark-ın təlimlərində
iştirak etmişdir. Ş. Balayev ABŞ, BƏƏ şirkətlərinin də bir sıra uğurlu layihə
işlərində işləyib. Azərbaycanda isə əsasən brendinq işləri ilə tanınır. O, həmçinin,
AFB Bank, Sirab, AzGranata, Jeep Azerbaijan, Pasha Holding kimi şirkətlər üçün
dizayn işləri də hazırlamışdır.
Hazırda
Ş. Balayev Social Hub şirkətində senior dizayner kimi fəaliyyət göstərir. Eyni
zamanda o, 2019- cu ildən bəri “Baku Design Academy” komandasının üzvüdür &
qrafik dizayn və veb dizayn dərsləri maraqla dinlənilən mentorlardandır – Onun
tələbələri hər zaman öz dizayn işləri ilə fərqlənirlər. Ş. Balayevin dərslərində
siz qrafik və veb dizaynın həm praktiki, həm də nəzəri hissələrini dərindən öyrənib,
tətbiq etməyi bacaracaqsınız!