+99470 200 53 11

Ülvi Abbasov

Bu dəfə sizi "Baku Design Academy"nin Gəncə filialında fəaliyyət göstərən 3ds Max mentoru Ülvi Abbasovla tanış edirik! 💯

Yaradıcılığa rəngkar rəssam kimi başlayan Ü. Abbasov sonradan karyerasının istiqamətini dizayna yönləndirmişdi. Beləliklə, 2012-ci ildə Heydər Əliyev Fondunun nəzdində İmamzadə kompleksi layihəsində dizayner nəqqaş kimi fəaliyyət göstərmişdir. O, həmçinin, "Delux" bəy hamamının, Heydər Əliyev Fondunun nəzdindəki Bərdədə yerləşən Seyid Yusif Ağa məqbərəsinin nəqqaşlıq dizayn işlərində qabaqcıl rol oynamışdır. 🔥

Ü. Abbasovun yaradıcı işlərinə Gəncədə yerləşən uşaq bağçasının interyer dizaynını və Məshəti Gəncəvi muzeyində bədii tərtibat nəqqaşlıq dizayn işlərini də misal göstərmək olar. 😎

O, artıq 2015-ci ildən etibarən mebel dizaynı sahəsində fəaliyyət göstərməyə başlamışdır. 2015-ci ildə "İsmob", 2016-cı ildə isə "Cnr İmob" mebel fuarlarında iştirak etmişdir.

İstedadlı dizayner həmçinin, mebel dizaynı sahəsi üzrə Azərbaycanda bir çox məşhur mebel şirkətlərinin kataloqlarının müəllifidir. Sonradan 2017-2018-ci illərdə "Gələcəyə Körpü" və "Gəncə Təlimçi məktəbi"nin tələbələrinə interyer dizaynla bağlı konfransları və yığıncaqları olmuşdur.

Təcrübəli dizayner 2017-ci ildə öz "Evora" dizayn şirkətini qurmuşdur. 🔥

Natiqlik və pedoqoji bacarıqlarının yüksək olmasını öz tələbələri müəllimlərinin zamanında ölkə üzrə debatlarda çox iştirak etməsi ilə əlaqələndirirlər.

Bununla yanaşı, 2020-ci ilin əvvəllərindən etibarən "Baku Design Academy"nin Gəncə filialının özünəməxsus tədris metodu və dərsi aparma tərzi ilə fərqlənən, aparıcı interyer dizayn mentorlarından biridir.