+99470 200 53 11

Kamran Səfərəlizadə

BU DƏFƏ 2D MOTION SPECIALIST İLƏ QARŞINIZDAYIQ!🔥

Kamran Səfərəlizadə kiçik yaşlarından motion dizaynın sirlərini kəşf etmiş və bu bacarığını günümüzə qədər yüksək səviyyədə inkişaf etdirmişdir.

Rejissor, videoqraf, video editor, motion graphic designer kimi faəliyyət göstərən Kamran saysız video proyektlərin və qısa filmlərin yaradıcısıdır!🎥

🎖️İstedadlı dizaynerin UNESCO International Multimedia Competition 2017- də ölkəmiz üçün hazırladığı video-animasiya 700 video arasından ilk 10-luğa daxil olaraq finala çıxmışdır!

🎖️ Həmçinin, OİC İnternational Film Festival-da 104 film arasından finala çıxan 2 filmdən biri məhz Səfərəlizadənin filmi idi. Yaradıcı dizayner “Ən yaxşı bədii film namizədi” mükafatına layiq görülmüşdür.

Kamran, Veysəloğlu MMC kimi məşhur adlarla işləyir və hələ də motion dizayn dünyasını fəth etməyə davam edir. 🔥🔥 Uğura gedən yolunda bir çox maneələrdən keçdiyinə baxmayaraq, motion dizayna olan sevgisi & həvəsi və əzmkarlığı onu, bugün olduğu yerə gətirib çıxarmışdır!💯