+99470 200 53 11

Ülvi Qulusoy

 Yaxşı müəllim təkcə bildiyini izah edir, dahi müəllim isə ilhamlandırır – Tanış olun, “Baku Design Academy”nin qrafik dizayn mentoru – Ülvi Qulusoy!

 

Ü. Qulusoy Azərbaycan Dövlət İqtisad universitetinin İqtisadiyyat fakültəsini bitirsə də, yaradıcılığa olan marağı onun karyerasının qrafik dizayn istiqamətində inkişaf etməsinə səbəb olmuşdur. Hələ tələbə illərində, o, iqtisadiyyatla paralel qrafik dizaynı araşdırıb, özündə bu sahə üçün istisna bacarıqları inkişaf etdirib, bir sıra şirkətlərdə fəaliyyət göstərmişdir.

 

Uzun müddət topladığı təcrübə və biliklər sayəsində o, yüksək səviyyəli proqram biliklərini təsdiq edən Beynəlxalq Adobe Sertifikatına sahib olmuşdur. Onu da qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirən tələbələrimizin akademiyanın sertifikatı ilə bərabər, eyni zamanda Beynəlxalq Adobe Sertifikatı almaq şansı da böyükdür.

 

Ü. Qulusoy çoxlu sayda yaradıcı dizayn işlərinə sahibdir ki, bunlar arasında “Azerbaijani Carpets” layihəsi xüsusilə təqdirəlayiqdir! Qədim xalçaların qrafik detallardan yığıldığı bu layihə Azərbaycanın ən qədim incəsənət sahələrindən olan – xalçaçılıq sənətinin sanki müasir dünyadakı əksidir. Layihə həm yerli həm də xarici izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

 

Onu da qeyd edək ki, yaradıcı dizayner “Baku Design Academy”nin kreativ tərəfdaş olduğu, Milli Marketinq Forumunun kreativ konsepsiyasının hazırlanmasında yaxından iştirak etməklə yanaşı, “Baku Design Academy”nin brendinqinin də müəllifidir.

 

2019 - cu ildən bəri “Baku Design Academy”də fəalliyət göstərən dizayner, öz fərqli tədris metodu, hər bir tələbəyə fərdi yanaşması, istisna pedaqoji və natiqlik qabiliyyətləri ilə tanınır. Hazırda qrafik dizayn və veb dizayn kurslarımızın aparıcı mentorlarından biridir.