Loqo rubrikamızın II epizoduna çatdıq!
✎ Brend- Apple
✏ Yaranma tarixi- 1976
✐ Dizayneri- Rob Janoff

⠀⠀
Bu loqonun ilk variantı 70-ci illərdə 👨‍💼Ronald Wayne tərəfindən yaradılmışdı.Ilkin variantda elmdə 🧲qravitasiyanın kəşfi ilə inqilab yaratmış İsaac Newton təsvir edilmişdir.Çoxları Isaac'ın bu kəşfini başına alma düşərkən etdiyinə inanır.Apple'in ilk loqosu da məhz bu hadisəni ifadə edirdi.
⠀⠀
Bununla yanaşı,loqoda William Wordsworth'un "Newton... qəribə düşüncələr dənizində daima səyahət edən bir ağıl" sitatı da yer alırdı.
⠀⠀
Lakin, ilk loqonun ömrü çox uzun olmadı. Jobs'a görə o, çox 👴geri-qalmış görsənirdi.
Tezliklə məşhur CEO yeni loqo dizaynını, bugün hamımızın tanıdığı klassik "Apple" loqosunun müəllifi olan 👨🏻‍🎨Rob Janoff'a tapşırdı.
⠀⠀
Apple dünyada ilk 🌈rəngli displeyli kompyuter olduğuna görə,orjinal loqoda göy-qurşağı spektrı mövcud idi.Janoff sonradan bildirdi ki, həmin rənglərin düzülüşü heç bir qanunauyğunluğa tabe deyil və spektrın yaşıl rəng ilə başlamasının səbəbi məhz yuxarıdakı 🍃yarpağın mövcud olması idi.
⠀⠀
Almanın dişlənmiş olduğuna gəldikdə isə,Rob'a görə o bu detalı insanlar almanı 🍒albalı ilə qarışdırmasınlar deyə əlavə etmişdi.Bir tərəfdənsə, dişlənmiş almanın mifologiyada 📖biliyin simvolu olması bu loqonu çox uğurlu edir.
Il 1998.Jobs's həmişəki kimi, şirkətdə yenilik etməyə qərar verdi.O düşündü ki, əgər loqomuz bu qədər məşhurdursa,  niyə də onu bütün məhsullarımız üzərinə qoymayaq?
⠀⠀
Ilk iMac bazara çıxanda, mövcud rənglərin gümüşü-göy komputer üzərində çox uşaqcasına görsənəcəyindən orjinal loqonun rəngləri dəyişdirildi.Beləliklə, "Apple" metallik loqoya keçdi.
⠀⠀
Loqonun növbəti təkamülü isə şüşə effekti idi.
Günümüzdə Apple daha modern olan "yastı" loqodan istifadə edir.Hazırda onun 3 rəngi mövcuddur:
Gümüşü,ağ və qara.
⠀⠀
Modern dövrümüzdə bu loqo ən azı Mcdonald'sın sarı tağları qədər məşhurdur.
⠀⠀
💯Sözsüz,Janoff'u işə götürərək daha minimalist loqoya keçid etmək Steve Jobs's kimi dahinin ən uğurlu qərarlarından biri idi!
⠀⠀
Bəs siz Rob Janoff'un yerində olsaydınız, dizaynı nə cür edərdiniz? 😉