1️⃣Logo Modernism – Jens Müller
Kitabda 1940 -1960-cı illər arasındakı dövrdə xüsusi diqqət yetirilir və qrafik dizayndakı modernist cərəyanı 6000-ə yaxın loqo vasitəsilə tədqiq edilir.

2️⃣Steal like an Artist – Austin Kleon
Kitab dizaynerlərə öz işlərində həqiqətən kreativ olmağı öyrədir.

3️⃣Grid systems in graphic design – Josef Müller-Brockmann
Bu kitab dizaynerlərə vizual kommunikasiyanı ən optimal şəkildə qurmaq üçün “grid”lərdən düzgün istifadə etməyin yollarını öyrədir.

4️⃣Thinking with type – Ellen Lupton
Kitab vizual kommunikasiyada tipoqrafiyanın rolu və düzgün tədbiqi haqqındadır.

5️⃣The elements of typographic style – Robert Bringhurst
Burada yazıçı praktiki, nəzəri və tarixi bilikləri cəmləşdirərək tipoqrafiya sənətinə aydınlıq gətirir.

6️⃣Designing brand identity – Alina Wheeler
Kitabda brendinqin bütün detallarına toxunulur və bu mövzuda bir çox keys mövzuları tədqiq edilir.

7️⃣Interaction of color – Josef Albers
Burada rənglər, onların psixologiyası və onları kombinə etmək üsulları haqqında bəhs edilir.

8️⃣100 ideas that changed graphic design – Steven Heller
Bu kitab ilhamlanmaq üçün gözəl mənbə olmaqla yanaşı, qrafik dizaynı formalaşdıran fundamental fikirlərə toxunur.

9️⃣Drawing type – Alex Fowkes
Burada müəllif tipoqrafiya haqqında geniş məlumat verməklə yanaşı oxucunu müxtəlif tipoqrafiya nümunələri yaratmağa həvəsləndir.

🔟Why fonts matter – Sarah Hyndman
Bu kitabda müəllif tipoqrafiyanın psixologiyasını məharətlə izah edərək, onun gücü haqqında bəhs edir.