✎𝗟𝗼𝗾𝗼 – “𝗡𝗔𝗦𝗔”⠀
✎𝗗𝗶𝘇𝗮𝘆𝗻 𝗲𝗱𝗶𝗯 – 𝗝𝗮𝗺𝗲𝘀 𝗠𝗼𝗱𝗮𝗿𝗲𝗹𝗹𝗶⠀

🌍Bilirdinizmi, “NASA” əslində 1915 - 1958-ci illərdə mövcud olmuş Aeronavtika üzrə Milli Məsləhət Komitəsinin ( NACA ) hüquqi varisidir. Belə ki, şəkildə gördüyünüz 1915-ci ilin loqosu məhz həmin komitəyə məxsusdur. Lakin, komitə “NASA”ya transformasiya olduqda, təsisçilər yeni loqoya ehtiyac duydular.⠀

🚀“Meatball” ləqəbli bu loqo ilk dəfə 1959-cu ildə təqdim olundu və 16 il istifadə olundu. Loqodakı dairəvi simvol planeti, ulduzlar qalaktikanı, qırmızı “v” formalı işarə aeronavtikanı, dairəvi orbit isə kosmosda səyahəti ifadə edir. Qırmızı, göy və ağ rənglərdə yerinə yetirilmiş loqo “Meatball” ( ingiliscədən tərcümədə: Küftə; ) ləqəbi ilə tanınır.⠀

🌑Lakin, 1975-ci ildə “NASA” daha modern “wordmark” loqoya keçid etdi. O loqo qırmızı hərflərlə yazılmış “NASA” sözündən ibarət idi. Nəticədə, həmin loqonun ləqəbi “meatball”dan “worm”a ( ingiliscədən tərcümədə: soxulcan ) dəyişdirildi. Amma, 1992-cı ildə “NASA” yenidən ənənəvi “meatball” loqosuna dönüş etdi.⠀

🛰️Buna baxmayaraq, 2020-ci ilin aprel ayında “worm” ləqəbli loqo ikinci dərəcəli loqo statusunu qazandı, yəni, hazırda müəyyən tədbirlər üçün istifadə olunur.⠀