✎𝗕𝗿𝗲𝗻𝗱 – “𝗙𝗼𝗿𝗱”⠀
✎𝗗𝗶𝘇𝗮𝘆𝗻 𝗲𝗱𝗶𝗯 – 𝗖𝗵𝗶𝗹𝗱𝗲 𝗛𝗮𝗿𝗼𝗹𝗱 𝗪𝗶𝗹𝗹𝘀⠀

Əfsanəvi avtomobil brendi – “Ford”un loqosunda, Henri Fordun əlyazmasından/imzasından istifadə olunduğu güman edilirdi. Lakin, həqiqətdə bu belə deyil. Orijinal “Ford” yazısı H. Fordun dostu – C.H. Wills tərəfindən dizayn edilmişdir.⠀

Müasir loqodan fərqli olaraq ilk “Ford” loqosu ağ və qara tonlarda idi və indiki loqodan kifayət qədər fərqlənirdi. Sonradan bu loqo “Ford” yazısından ibarət 𝘄𝗼𝗿𝗱𝗺𝗮𝗿𝗸 loqoya dəyişdirildi.⠀

1912-ci ildə isə həmin sözün ətrafına ellips əlavə edildi. Ənənəvi göy ellips formalı loqo isə ilk dəfə 1928-ci ildə təqdim olunmuşdu. Həmin ildən etibarən loqo bir sıra dəyişikliklərə məruz qalsa da, artıq, 1976-cı ildən loqonun dizaynı stabil idi – dəyişiklik baş vermirdi.⠀

Lakin, 2003-cü ildə “Ford”un yubileyi münasibətilə loqoya xırda dəyişikliklər edildi. Yazının arxasındakı göy ellipsin 3D effekti azaldıldı. Loqo nisbətən daha yastı oldu. Həmçinin, loqodakı göy qradientin tonunu daha açıq etdilər. Həmin loqoya “Centennial Blue Oval” (ingiliscədən tərcümədə “Əsrin mavi ovalı”) adı verildi.⠀

Rənglərə gəldikdə, loqodakı mavi rəng gücü, mükəmməlliyi ağ rəng isə ənənəviliyi və eleqantlığı ifadə edir.⠀