Loqoların sadə və ikonik olması ideyası əslində dövrümüzə xas olan modern fenomendir. Lakin, insanlar ýüz hətta minillərlə simvol və işarələrdən istifadə edərək, müxtəlif mənaları çatdırırdılar.⠀

e.ə. IV minillikdə qədim Misirlilər heroqlifləri yaratmaqla yanaşı, öz rəsmlərində müxtəlif simvolik işarələrdən istifadə edirdilər. Onlar dizaynda ilk dəfə “𝗴𝗿𝗶𝗱” ( ingiliscədən: şəbəkə ) sistemini mənimsədilər. Bu yenilik loqo dizaynının inkişafının təməli idi – şəbəkə sistemi loqoların və ümumiyyətlə dizayn elementlərinin düzgün nisbətdə olmaları üçün əhəmiyyətlidir.⠀

Orta əsr Avropasında loqolar gerblər və rəmzi işarələr kimi inkişaf edirdi. Bunlar insanlara müharibə zamanı dostla düşməni, gündəlik həyatda isə aristokrat ailələri ayırd etməyə kömək edirdi. Amma, o zamanlar belə loqoların funksiyaları indiki funksiyalarından fərqlənmirdi – əsas məqsəd insanlara “brend”ləri 😉 bir-birindən ayırd etməkdə yardımçı olmaq idi.⠀

Sənaye İnqilabı dövründə yeni texlogiyalar sayəsində dizayn işlərinin kütləvi çapı, 1840-cı ildən sonra isə müxtəlif rəngli posterlər, etiketlər və s. çap materialların istehsalı mümkün oldu. Orta sinfin inkişafı ilə əlaqədar sahibkarların sayı artdı, beləliklə, onları bir- birindən fərqləndirmək məqsədilə brendinq yaranmağa başladı.⠀

1885-ci ildə Coca - Cola loqosunun dizaynı ilə, loqo dizaynında modern dövrə addım atıldı. 1914-cü ildə məşhur Olimpiya Oyunlarının loqosunun meydana gəlməsi ilə loqoların yalnız kommersiya məqsədi deyil, həmçinin mədəni kommunikasiya məqsədi daşıdığı isbat olundu.⠀

1956-cı ildə Paul Randın ikonik, piktoqrafik IBM loqosunun dizaynı loqoların inkişaf tarixində dönüş nöqtəsi oldu. İnsanlar sadə simvollara məna qatmağın nə qədər effektiv olduğunu anladılar.⠀

Rəqəmsal dövrümüzdə loqolarda minimalizm & sadəliyə olan tendensiya getdikcə daha çox yayılır. Minimalist loqolar həm müxtəlif rəqəmsal ekranlar üçün daha uyğundur, həm də informasiya daha aydın şəkildə çatdıraraq, vizual kommunikasiyanı daha da səmərəli edirlər.⠀