✎𝗕𝗿𝗲𝗻𝗱 – “𝗣𝗲𝗽𝘀𝗶”⠀
✎𝗗𝗶𝘇𝗮𝘆𝗻 𝗲𝗱𝗶𝗯 – “𝗔𝗿𝗻𝗲𝗹𝗹 𝗚𝗿𝗼𝘂𝗽”⠀

⚪Şimali Karolinalı əczaçı C.D.Bradham, 1893 – cü ildə özünün yaratdığı yeni içkini öz əczəxanasında satmağa başlayır. Bu içki ilk dəfə 1898-ci ildə “Brad's Drink” ( “Brad-in içkisi” ) adı ilə bazara çıxmışdır. Bir sıra dəyişikliklərdən sonra, içki “Pepsi Cola” sonradan isə “Pepsi” (tərkibindəki pepsin fermenti ilə əlaqədar olaraq) adını alır.⠀

🔵1950-ci ilə qədər, loqoda ancaq qırmızı & ağ rənglərdən istifadə olunurdu. Lakin, sonrada wordmark loqonun fonuna qırmızı, ağ və göy rənglərdən ibarət fon( daha dəqiq: şüşə qapağı təsviri ) qoyuldu.⠀

🔴1962-ci il isə loqo üçün dönüş nöqtəsi oldu. Çünki, nəhayət, “Pepsi Cola” adından “Cola” sözü götürüldü. Bununla bərabər “Pepsi” 60 ildən çox istifadə etdiyi dekorativ qırmızı fontu modern & 𝗯𝗼𝗹𝗱 sans-serif fontla əvəz etdi.⠀

⚪1973-cü ildə, ilk dəfə olaraq “Pepsi kürəsi” fondakı şüşə qapağı təsvirini əvəz etdi. Yəni loqo müəyən mənada sadələşdirildi.⠀

🔵Nəhayət 2003-cü ildə loqo trendlərə uyğun olaraq 3D formada dizayn edildi. Ən böyük dəyişiklik isə 2008-ci ildə baş verdi. Şirkət “Arnell Group”a yeni loqo dizaynı üçün 1 milyon dollardan artıq məbləğ ödədi.⠀

🔴Baxmayaraq ki, modern loqoda qızıl nisbətdən istifadə olunmuşdur və “Arnell Group” yeni loqonu Mona Lisa ilə müqayisə edirdilər, loqo tənqidçilər və ümumiyyətlə əksəriyyət tərəfindən müəyən mənada neqativ qarşılandı. Tənqidçilər modern loqonu “həddən artıq iddialı / gülünc / cansız ” adlandırdılar.⠀

Bəs sizin fikrinizcə dəyişiklik müsbətdirmi?⠀