✎ https://bezier.method.ac – “Pen Tool”dan peşəkar şəkildə istifadə etməyi öyrənmək istəyirsinizsə, bu oyun tam sizə görədir. Oyunda sizə asandan çətinə doğru müxtəlif fiqurlar verilir. Növbəti mərhələyə keçmək üçün siz həmin fiqurları çəkməlisiniz. Lakin, bir əsas məqam var – istifadə edə biləcəyiniz “anchor point”lərin sayı məhduddur. 😉

✎ www.typeconnection.com – Tipoqrafiya biliklərinizi əhəmiyyətli dərəcədə artıracaq bir oyundur. 🔥 Hansı fontlar bir - biri ilə uyğundur? Uyğunluğu nəyə əsasən müəyyən edirik? Hansı fontları birlikdə istifadə etmək olmaz? – bunlar kimi bir çox suallara cavablar tapacaqsınız! Burada həmçinin sizə biliklərinizi tətbiq etmək üçün praktiki tapşırıqlar da verilir. 💯

✎ www.pixact.ly – Intuisiyanız nə qədər güclüdür? 😉 Bu oyunda sizə ölçülər verilir, məsələn 58x37 piksel nisbətində fiqur çəkilmək tapşırılır. Lakin, çəkdiyiniz an heç bir ölçü və köməkçi vasitə olmur. Ancaq özünüzün intuisiyanıza əsaslanmalısınız. 🎯

✎ www.hexinvaders.com – Sadəcə hex koduna baxıb, rəngin hansı rəng olduğunu deyə bilərsinizmi? Əslində bir qədər praktikadan sonra bu mümkündür. 😉 “Hex Invaders” də sizə məhz bu qabiliyyəti öyrədir.

✎ www.xrite.com/hue-test – Bütün rəngləri gördüyünüzdən əminsinizmi? 🤔 Bu oyunu oynayıb emin ola bilərsiniz. 😉

✎ www.ilovetypography.com/ifontgame – Fontları nə qədər yaxşı tanıyırsınız? 😎 Fonta baxan kimi onun adını bilmək istəyirsinizsə, bu oyun sizin üçün kifayət qədər faydalı olacaq. 🧠💡

✎ https://shape.method.ac/ – Fontların anatomiyasını öyrənmək istəyənlər üçün mükəmməl oyundur. Burada sizə müəyyən hissəsi dəyişdirilmiş hərf verilir və siz onu öz orjinal vəziyyətinə qaytarmalısınız. Sonda isə sizin düzəltdiyiniz versiya ilə orjinal versiya arasındakı uyğunluq ölçülür. 🧩