✎𝗕𝗿𝗲𝗻𝗱 – “𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿”⠀
✎𝗗𝗶𝘇𝗮𝘆𝗻 𝗲𝗱𝗶𝗯 – 𝗦𝗶𝗺𝗼𝗻 𝗢𝘅𝗹𝗲𝘆⠀

Bu ad quşların çıxardığı "tweet" səsi ilə əlaqədardır. "Twitter" loqosunda quşdan hələ 2010-cu ildən istifadə etməyə başladılar. Lakin, bir problem var idi – həmin loqo "Istock"dan götürülmüşdü və şirkətə sonradan ondan istifadə etməyin mümkün olmadığı bildirilirdi. Beləliklə, loqo dəyişdirildi.⠀

Baxmayaraq ki, şirkətin ilk quş formalı loqosunda gözlərdən – ayaqlara qədər həddən çox detal var idi, vaxt keçdikcə bu detallar tədricən ləğv olundu və məşhur loqo bugünki vəziyyətini aldı!⠀

Onu da qeyd edək ki, “Twitter”in ilk quş formalı loqosunun adı "Larry" idi. Lakin, indiki loqonun belə xüsusi adı yoxdur.⠀

Bəs niyə qlobal sosial media öz loqosunda və adında quşa istinad edir?⠀

Quşlar daimi azadlıq və geniş imkanların simvoludurlar. Həmçinin, "Twitter"dəki "tweet"lər quşların uçuşu tək sürətli çatdırılması fikri də mövcuddur.⠀