✎𝗕𝗿𝗲𝗻𝗱 – “𝗙𝗶𝗿𝗲𝗳𝗼𝘅”
✎𝗗𝗶𝘇𝗮𝘆𝗻 𝗲𝗱𝗶𝗯 – 𝗝𝗼𝗻 𝗛𝗶𝗰𝗸𝘀

⏳ 1994-cü ildə şirkət yeni təsis olunanda onun adı "Netscape" idi. "Netscape" bazardakı ilk internet brauzerlərdən biri idi. 90-cı illərin sonunda "Netscape" AOL şirkəti tərəfindən satın alındı. Bundan sonra, brauzerə "Phoenix" (ingiliscədən simurq quşu) adı verildi. Məhz bu səbəbdən də 2002-ci ilin loqosunda Simurq quşu təsvir olunmuşdur.

🌐 Lakin, məlum oldu ki, bu domen adı artıq başqa şirkətə məxsusdur. Beləliklə, 2004-cü ildə "Mozilla Firefox" təsis olundu. Bu səbəbdən, Şirkət simurq quşunun təsvir olunduğu loqonu dəyişdirməli idi bunun üçün, loqoda internetdə əvvəllər populyar olmayan heyvanı –qırmızı pandanı istifadə etməyə qərar verdilər.

🦊 Təəsüf ki, insanlar loqodakı heyvanın qırmızı panda deyil, tülkü olduğunu düşündülər. O vaxtdan etibarən, loqonun kompozisiyası çox da dəyişməmişdir. Təkcə, 2019-cu ildə rənglər daha dinamik şəkilə salınmışdır.

Loqonun dizayneri dizaynın ideyasını uşaqlıqda quyruqları alovlanan çaqqallar haqqında oxuduğu nağıldan aldığını söyləyir. 🔥