1. İstifadə etdiyiniz fontların sayını məhdudlaşdırın – Təbii ki, dizayn işində birdən artıq fontdan istifadə etmək olar. Amma, əmin olun ki, seçdiyiniz fontlar bir - birinə uyğundur və çalışın onların sayı mümkün qədər az olsun. Əks halda işiniz çox qarışıq görsənəcək. 🖌️

2. Kontrast yaradan fontlardan istifadə edin – Məsələn, Sans serif və script fontu kombinə edərək maraqlı nəticələr ala bilərsiniz.

3. Kontrast yaradan rənglərdən istifadə edin. 🔵🟡

4. Boşluqdan məharətlə istifadə edin – Mesajı çatdırmaq üçün çoxlu rənglərdən, elementlərdən və fontlardan istifadə etmək lazım deyil. Daha az detalla da eleqant dizayn işi ortaya çıxara bilərsiniz.

5. Hədəf kütləniz haqqında düşünün – Bu dizaynı kimlər görəcək? Onlar nələrə üstünlük verirlər? 👩‍🎨👨‍🎨

6. İdeyalarınızı yazın – Kreativliyi hər zaman əlinizdə gəzdirə bilməzsiniz. Amma, bloknotla bunu etmək olar. 😉 Özünüzlə hər zaman kiçik bloknot gəzdirin və ideyanız yaranan kimi, onu qeyd edin.

7. Hər gün praktika edin – Hər gün – daha yaxşı dizayner olmağınız üçün yeni bir gündür. Kiçik bir iş də olsa, çalışın hər gün bir dizayn işi yaradın. Bu sizin həm texniki biliklərinizi həm də kreativliyinizi artıracaq. 👩‍💻

8. Fontları kombinə etməkdə cətinlik çəkirsinizsə, font ailələrindən istifadə edin. Məsələn, işinizdə Helvetica-dan istifadə edirsinizsə, onun bold, italic və s. variantlarını istədiyiniz kimi kombinə edə bilərsiniz.

9. Araşdırın – Yeni sifariş almısınız? O zaman araşdırmağa başlayın – rəqibləriniz bu işi necə edir? Bu ilin trendləri hansıdır? 🔍

10. Hizalamanı unutmayın! 😉 – Dizaynda elementlərin düzgün yerləşdirilməsi həm işinizə peşəkar görünüş verir, həm də visual kommunikasiyanı optimallaşdırır. 💯